Belarusda yeni daxili işlər naziri təyin edilib

Belorus prezidenti Aleksandr Lukaşenko general-mayor Anatoli Kuleşovu daxili işlər naziri təyin edib.

Keçmiş daxili işlər naziri Vladimir Naumov iki ay bundan əvvəl istefa verib.

Naumov hazırda Belorus Hokkey Federasiyasının rəhbəridir.