İlham Əliyev Riçard Morninqstarı qəbul edib

Prezident İlham Əliyev iyunun 1-də ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi səfir Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Riçard Morninqstar ABŞ Prezidenti Barak Obamanın məktubunu Azərbaycan prezidentinə çatdırıb.

Görüşdə Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin çəkilişini gətirdiyi nailiyyət, Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu digər iri enerji layihələrinin də enerji sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi işi müzakirə edilib.