Parisdəki mağazalardan birindən 9 milyon dollarlıq cavahirat oğurlanıb

Parisdə “ Chopard “ zərgərlik mağazası oğurlanıb.

Naməlum adam silahla hədə-qorxu gələrək təxminən 9 milyon dollarlıq cavahirat aparıb.

Xəsarət alan olmayıb.

Hadisə şəhərin mərkəzində, xeyli zərgərlik dükanı və Ədliyyə nazirliyinin yerləşdiyi mərkəzi meydanlardan birində baş verib.