Yerevan mer seçir

Yerevanda seçkilər. 31 may 2009

Mayın 31-də müstəqil Ermənistan tarixində ilk dəfə olaraq Yerevan sakinləri mer və şəhər şurası, yəni Ağsaqqallar Şurasını seçir.

Ağsaqqal seçkisi partiya siyahısıyla, yəni proporsional sistemlə keçirilir. Bu isə o deməkdir ki, mübarizə ayrı-ayrı siyasətçilərin deyil, siyasi qüvvələrin arasında gedir.

Martın 22-də seçkilərdə iştirak üçün sənəd qəbulu başa çatanda məlum oldu ki, mer kürsüsü uğrunda 7 siyasi qüvvə mübarizə aparacaq. Bunların 6-sı partiya, biri isə müxalifətin formalaşdırdığı koalisiyadır. Ümumilikdə Ağsaqqallar Şurasının 65 yerinə 600-dən artıq namizəd iddialıdır.

Bir sıra KİV-lər xəbər verirlər ki, Ermənistanda Ağsaqqallar Şurasına keçirilən seçkidə artıq ilk qanun pozuntuları qeydə alınıb. Təkrar səsvermə halları baş verib, seçkini müşahidə edən bir qrup jurnalist döyülüb.