Iran rəsmisi məscidi partladanların Amerikaya işlədiyini deyir

İranın əyalət rəsmisi deyib ki, Zahedanda məscidi partladanlar Amerika tərəfindən ələ alınıblar.
Sistan-Bəlucistan əyalətinin rəsmisi Cəlal Səyyah bildirib ki, partlayışda əli olan 3 nəfər tutulub, onları bu işə Amerika sövq edib.
Zahedandakı partlayışda 19 adam ölüb, 125 nəfər yaralanıb.