Meksikada donuz qripindən daha 6 nəfər həlak olub

Meksikada donuz qripinə yoluxmuş daha 6 nəfər həlak olub. Bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat verib. Beləliklə də donuz qripinin ən çox yayıldığı bu ölkədə bu virusdan ölənlərin sayı 95-ə çatıb.

Dünya Səhiyyə Təşkilatı bildirir ki, dünyanın 48 ölkəsində bu virusa yoluxmuş 13 mindən çox adam var.

Rusiyada 3 yüngül yoluxma halı qeydə alınıb. Bu haqda Rusiyanın baş sanitar həkimi Qennadiy Onişenko məlumat verib. Onun bildirdiyinə görə iki nəfər artıq sağalıb, üçüncüsü isə bu günlərdə xəstəxanadan evə buraxılacaq.