Pakistanın Mingora şəhərində talibançılarla küçə döyüşləri gedir

Pakistanın hökumət qoşunları Svat vadisinin şimal-qərbindəki Mingora şəhərinə girib.

Hazırda şəhər uğrunda talibançılarla küçə döyüşləri gedir.

Pakistan ordusunun mətbuat katibi general-mayor Athar Abbas artıq şəhərin bir hissəsinin talibançılardan təmizləndiyini deyir.