Cənubi Koreyanın keçmiş prezidenti intihar edib.

Bunu onun köməkçiləri deyir.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə keçmiş prezident ölümqabağı məktub qoyub, bildirib ki, mənə görə çox insanlar əziyyət çəkir.

Roh Moo-hyun evinin ətrafında gəzinti vaxtı uçurumdan düşüb.

Hadisəylə bağlı istintaq gedir.

2003-2008-ci illərdə Cənubi Koreyanın prezidenti olmuş Roh Moo-hyun korrupsiyada - bir iş adamından 6 milyon dollardan çox rüşvət almaqda ittiham olunurdu.