Ombudsmanın səlahiyyət müddəti artırıla bilər

Mayın 22-də Milli Məclisdə polis və Ombudsman haqqında qanunlara dəyişikliklər məsələləri müzakirə ediləcək.

Əgər Ombudsman haqda qanuna dəyişiklik olsa, parlamentin 95 faizi dəyişikliklərə səs versə, onda insan haqları müvəkkili iki müddətə seçilmək hüququ qazanacaq. Hazırkı qanunla ombudsman yalnız bir dəfə seçilə bilər.

Ombudsmanın səlahiyyət müddətinin uzadılması təklifini 60-dan artıq deputat irəli sürüb.

İclasda həm də 2008-ci ilin dövlət büdcəsinin icrası, həmçinin neft-qaz sahəsinə aid bir neçə sazişin təsdiq edilməsi də nəzərdə tutulub.