«Baltika-Bakı» pivə zavodunun açılışı olub

«Baltika» brendi Avropada satış üzrə ikinci yerdədir

Mayın 19-da Xırdalanda yenidən qurulan «Baltika-Bakı» pivə zavodunun açılışı olub. Zavoda 0,5 litrlik şüşə qablarda «Baltika-3 Klassik», 1,5 litrlik yeni plastik qablaşdırmada «Xırdalan» pivəsi buraxılacaq.

Rəsmi məlumatlara görə 2008-ci ildə «Baltika-Bakı» Azərbaycanın dövlət büdcəsinə 11,5 milyon manat vergi ödəyib. İndi Azərbaycanın pivə bazarının 73 faizini «Baltika» brendi tutur.

«Baltika Pivə Şirkəti» «Xırdalan» pivəsi istehsal edən «Baku-Castel» Pivə Zavodunun səhmlərinin 100%-ni 2008-ci ildə alıb.

«Baltika Pivə Şirkəti» 1990-cı ildən fəaliyyət göstərir. Şirkət Rusiyada pivə bazarının, Şərq Avropada pivə istehsalçılarının lideridir. «Baltika» brendi Avropada satış üzrə ikinci yerdədir. Şirkətə Rusiyada yerləşən 11 zavod məxsusdur. Müəssisə pivəni dünyanın 47 ölkəsinə ixrac edir.