Rusiya Ermənistana 500 milyon dollar borc verir

Rusiya beynəlxalq maliyyə böhranından əziyyət çəkən Ermənistana 500 milyon dollar borc verəcək. Mayın 20-də Moskvada Rusiya və Ermənistanın maliyyə nazirləri bu barədə razılaşma imzalayıblar.

Bundan əvvəl Rusiya Belorusa da 15 illik borc vermək qərarına gəlib. Moskva Qırğızıstana da borc pul söz verib.