Moldova parlamenti mayın 20-də birinci cəhddə ölkənin prezidentini seçə bilməyib. Parlamentin seçki komissiyası prezidentliyə namizəd olan baş nazir Zinaida Qreceaninin 60 səs aldığını bildirir. Seçilmək üçün isə ona 61 səs lazım idi.
Müxalifət partiyaları bugünkü seçkini boykot edib.
Mayın 28-də keçiriləcək ikinci seçkidə də dövlət başçısını seçmək mümükün olmasa, parlament buraxılıb yeni seçkilər elan edilməlidir.
Ötən ay keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını deyən müxalifətin keçirdiyi etiraz aksiyaları prezident aparatının və parlamentin binasının qısa müddətə tutulması ilə nəticələnmişdi.