Azərbaycanda «Tələbə baharı» festivalı keçiriləcək


Ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbləri paytaxtda keçiriləcək «Tələbə baharı» adlı III bədii-yaradıcılıq festivalında iştirak edəcəklər.

Bu haqda məlumat verən Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Alıyev bildirib ki, tələbələrin festivalda iştirakı üçün Gəncənin ali təhsil müəssisələrinin yaradıcı kollektivləri arasında seçimlər aparılır.

Onalr mayın 22-dək Şıxəli Qrubanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində seçim turunda iştirak edəcəklər. Mayın 27-də isə seçim turlarını adlamış kollektivlər paytaxtda təşkil olunacaq festivalın yekun qala konsertində çıxış edəcəklər.