İranda islahatçı qəzeti yenidən bağlayıblar

İranda islahatpərəst “ Yas No “ qəzetinin nəşri yenidən dayandırılıb.

Qəzet 6 illik fasilədən sonra təzəcə fəaliyyətə başlamışdı.

Prokuror nəşrin bərpasıyla bağlı hakimin qərarına etiraz etdiyinə görə qəzet yenidən bağlanıb.

Bu qəzet keçmiş prezident Məhəmməd Xatəmiyə yaxın sayılır.

Qəzet 2004-cü ildə islahatçı namizədlərin parlament seçkilərinə buraxılmamasında ölkənin ali dini lideri Ayatolla Əli Xameneinin rolundan yazdığına görə bağlanmışdı.