Medvedev yenə NATO-nu hədəfə alıb

Rusiya prezidenti Dmitri Medvedev NATO alyansının ötən həftə Gürcüstanda başlayan hərbi təlimini tənqid edərək yeni trans-atlantik təhlükəsizlik sistemi barədə fikirlərini təkrarlayıb. Prezident bu fikirləri Rusiyada televiziyaya verdiyi müsahibədə səsləndirib.

Mayın 15-də həmin müsahibədən yayılan qısa parçalarda Medvedev bildirir ki, NATO-nun genişlənmək planları yeni ikir ayrılıqları yaradır və Avropanın təhlükəsizliyinə zərbə vurur.

Medvedev hesab edir ki, ABŞ, Kanada, NATO alyansı, keçmiş SSRİ məkanındakı alyansların hamısı bir paktda birləşməlidir.