Sabiri Vyanaya gedib

İran əsilli Amerika jurnalisti Roksana Sabiri İranı tərk edərək Vyanaya gedib. O, Tehrandan Vyanaya öz valideynləri ilə uçub.

Sabiri Amerikaya casusluqda ittiham olunaraq 8 il həbs cəzası almışdı. Ancaq bazar ertəsi Appelyasiya məhkəməsi onun həbs cəzasını iki il şərti cəza ilə əvəz etdi və onu həbsdən buraxdı. ABŞ Sabirinin azad edilməsini alqışlayıb.