Cexiyada vaxtındanəvvəl seçkilər keçiriləcək

Bu ilin oktyabrında Çexiyada vaxtındanəvvəl parlament seçkiləri keçiriləcək.

Qərar bu gün ölkə parlamentində qəbul olunub.

Mirek Topolanek hökuməti bu ilin martında istefaya göndərildi.

Seçkilərədək hökuməti Yan Fişerin rəhbərlik etdiyi partiyasız kabinet idarə edəcək.