Sabiri gələn həftə İranı tərk edə bilər

Amerikada doğulmuş İran jurnalisti Roksana Sabiri gələn həftə İranı tərk edə bilər.
Bunu jurnalistin vəkili Əbdülsəməd Xürrəmşahi deyib.
Sabiri Amerikaya casusluqda ittiham olunaraq 8 il həbs cəzası almışdı. Ancaq bazar ertəsi Appelyasiya məhkəməsi onun həbs cəzasını iki il şərti cəza ilə əvəz etdi və onu həbsdən buraxdı.