Ali Məhkəmənin yeni binasının açılışı olub

Mayın 12-də Azərbaycan Respublikası Ali Məhkəməsi üçün inşa edilmiş yeni inzibati binanın təntənəli açılış mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı açılışı bildirən lenti kəsdikdən sonra bina ilə tanış olub.

Prezident mərasimdə çıxış edib.

Tədbirdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, dövlət və hökumət rəsmiləri, Slovakiya Baş nazirinin müavini, ədliyyə naziri, Gürcüstanın və Türkiyənin Ali məhkəmələrinin sədrləri, Bakıdakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.

AzərTAc