Kanadada mühafizəkarlar liderdir

Kanadada keçirilən parlament seçkisində Mühafizəkarlar Partiyası qalib gəlib. Baş nazir Stiv Harperin rəhbərlik etdiyi partiya 308 deputat yerindən 164-ü qazanıb.

İkinci və üçüncü yerləri əsas müxalifət partiyaları – Yeni Demokratiya Partiyası və liberallar bölüşür.