Qəzaya uğramış təyyarənin qara qutusu tapılıb

2009-cu ildə qəzaya uğramış Fransa Hava Yollarına məxsus təyyarənin ikinci qara qutusu tapılıb.

Fransa Hava Yollarına məxsus Airbus 2009-cu ildə Rio de Janeirodan Parisə uçarkən Atlantik Okeanında qəzaya düşmüşdü. Həmin vaxt 228 nəfər həlak olmuşdu.

İstintaqçılar ümid edir ki, tapılan qara qutu qəzanın səbəblərinin aydınlaşdırılmasında mühüm rol oynayacaq.