Hafiz Paşayev «Şöhrət» ordeni ilə təltif edildi

Azərbaycan prezidenti İlham Əliyev Hafiz Mir Cəlal oğlu Paşayevin «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

H. Paşayev Azərbaycanda səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə təltif edilib.

Hafiz Paşayev 2006-cı ildən Xarici İşlər Nazirinin müavini, Diplomatik Akademiyanın rektorudur.