“Google” namaz vaxtını deməyə başlayıb

Məşhur axtarış saytının müsəlmanlar üçün yeni xidməti

“Google” axtarış sistemi müsəlmanlara yeni xidmət təklif edir.

İslam.com satının məlumatına görə, bu saytın ərəb dilli səhifəsində axtarışın nəticələri ilə yanaşı həm də bütün ölkələr üçün namazın vaxtları qeyd edilir.

“Google”un ərəb dilli bloquna istinadən yayılan məlumata görə, hələlik bu funksiya yalnız ingilis və ərəb dilli şəhərlər üçün işləyir. Buna görə də, bir çox ölkələrdəki namaz vaxtları verilmir.

Lakin “Google”un vasitəsilə Bağdad, London, Riyad kimi şəhərlərin namaz vaxtlarını öyrənmək mümkündür.