Gədəbəydə 4 milyon manatlıq körpü tikilir

Tikintini işlərini Nəqliyyat Nazirliyinin sifarişi ilə «Gəncə Körpü 2» ASC həyata keçirir.

Bu barədə Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayev məlumat verib.

Saratovka kəndindəki Fındıqlı çayı üzərində köhnə istifadəyə yararsız olan körpünün yenidən qurulmasına 4 milyon manat vəsait ayrılıb.

Q. Paşayev deyir ki, bu körpüdən 50-dən çox kənd istifadə edəcək. Bununla yanaşı, körpü həm də strateji əhəmiyyətə malik olacaq. Yəni, yaxınlıqda yerləşən hərbi hissə maşınları da bu körpü ilə hərəkət edəcək.

Layihəyə əsasən, apreli 17-dən başlanılan tikinti işləri ilin sonunda başa çatacaq.

Körpünün eni 10, uzunluğu isə 72 metr olacaq.