Şahzadə Williamla Catherine Middleton bal ayına gediblər

Britaniyalı şahzadə Williamla həyat yoldaşı Catherine Middleton toydan sonra, şənbə günü səhər teztən vertolyotla bal ayına çıxıblar.

Amma gənclərin bal ayını harda keçirəcəkləri məxfi saxlanılır.

Avstraliya, Afrika, İordaniya və Şotlandiya onların gedə biləcəkləri yerlərdən hesab olunur.

Cümə günü keçirilmiş toy mərasimini London və ölkənin digər şəhərlərində 100 minlərlə adam qeyd edib.