Emomali Rahmon Britaniya şahzadəsinin toyunu totalitarizm adlandırır

Tacikistanın prezidenti Emomali Rahmon Britaniya şahzadəsinin aprelin 29-da keçirilən təntənəli toy mərasimini totalitarizm əlaməti adlandırıb. Bu gün Düşənbədə prezident bildirib ki, beynəlxalq medianın toya bu qədər diqqətinə mat qalıb.

Emomali Rahmon hesab edir ki, hazırda dünya iqtisadi böhranı yaşayarkən, Yaponiyanın qəzalı Fukushima atom elektrik stansiyasına görə təhlükə davam edərkən belə təmtəraqlı toy təşkil etmək vəziyyətə uyğun gəlməyən hərəkətdir. Rahmon əlavə edib ki, əgər onun ölkəsində belə toy keçirilsə, bunu kimlrəsə dərhal totalitarizm əlaməti kimi yozardı.