Rus pilot koakin qaçırmaqda ittiham edilir

Rusiya vətəndaşı olan pilot Konstantin Yaroşenko New Yorkda kokain qaçaqçılığında ittiham edilərək məhkəmə qarşısına çıxarılıb. O, keçən ilin mayında bir Niheriya vətəndaşı ilə birlikdə külli miqdarda narkotik maddə saxlamaq ittihamı ilə tutulub. Yaroşenko özü ittihamları rədd edir. Rusiya da bildirib ki, pilot sadəcə olaraq oğurlanıb.

42 yaşlı Yaroşenko 10 il, ya da ömürlük azadlıqdan məhrum edilə bilər.