Karaçidə törədilmiş partlayışlarda azı 9 adam ölüb

İki gündür ki, Pakistanın Karaçi şəhərində dalbadal partlayışlar tərədilir.

Zabitlər və hərbi dəniz donanmasının əməkdaşları arasında ölənlər var.

Cümə axşamı donanmanın əsgərlərini aparan avtobusun ətrafında törədilmiş partlayış nəticəsində 5 nəfər ölüb, 10-dan artıq adamsa yaralanıb.

Hərbi dəniz donanmasında törədilmiş partlayışda isə 4 nəfər ölüb.