Gürcüstan Rusiyanı fitnəkarlıqda ittiham edib

Gürcüstan Rusiya xarici işlər nazirinin separatçı Abxaziya və Cənubi Osetiyaya səfərini provakasiya adlandırıb.

Xarici işlər naziri Lavrov aprelin 25-26-da bu bölgələrdə səfərdə olub və tərəflər arasında bir sıra sənədlər imzalanıb.