Bakıda Azərbaycan-ABŞ ikitərəfli planlaşdırma üzrə əməkdaşlıq konfransı keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, tədbir mətbuat üçün qapalıdır.
Aprelin 27-də başlayan konfransda ölkələr arasında növbəti il üçün planlaşdırılan hərbi əməkdaşlıq mövzuları müzakirə olunur.
Tədbirdə Azərbaycan və ABŞ-dan müxtəlif hərbi qurumların nümayəndələri və ekspertləri iştirak edir.