Bəzi idxal məhsulları ƏDV-dən azad olunub

Azərbaycana idxal olunan bəzi məhsullar ƏDV-dən azad olunub.

Bunlara vertolyotlar, təyyarələr və s. uçan aparatlar, təyyarə və vertolyotların hissələri daxildir.

Bu barədə Nazirlər Kabinetinin internet səhifəsində yerləşdirilən qərarda deyilir.

Baş nazir Artur Rasi-zadənin imzaladığı qərar mayın 25-dən qüvvəyə minir.