Suriyada yenə tank və pulemyot atəşi eşidilir

Şahidlərin sözlərinə görə, Suriyada, Daraa şəhərində aprelin 26-da da pulemyot və tank atəşləri eşidilib. Bu şəhərdə təkcə bazar ertəsi ordunun tanklar və snayperlərlə hökumət əleyhinə etirazçılara hücumu zamanı 39 nəfər öldürülüb, 70-dən çox yaralı var idi.

İnsan haqları qrupları ümumilikdə son bir ayda 400-dən çox etirazçının öldürüldüyünü bildirirlər.

Aprelin 26-da ABŞ Suriyadakı səfirliyinin əksər personalını və ailə üzvlərini ölkədən çıxmağa çağırıb. Vaşinqton nümayişlərə qarşı zorakılıqdan istifadə edən Bashar al-Asad rejiminə qarşı sanksiyalar təbiq edəcəyini bildirib.