Bu mövsüm üzüm bol olacaq

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Azərbaycanda bu mövsüm üzümün istehsalı artacaq. Buna səbəb yeni üzümlüklərin salınmasıdır. İndi ölkə ərazisində 2100 hektar sahədə üzümlüklər salınıb, üzümlüklərin ümumi sahəsi isə 10 min hektarı keçib. Bu mövsüm 80 tondan artıq üzüm yığılması planlaşdırılır.