Akademik Azad Mirzəcanzadə vəfat edib

Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi, akademik Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də ömrünün 78-ci ilində vəfat edib.


Azad Mirzəcanzadə neft kimyası sahəsində bir çox kəşflərin müəllifidir. O, mürəkkəb şəraitdə quyuların qazılmasının hidrodinamik əsaslarını hazırlayıb. Onun tərəfindən ilk dəfə olaraq neftqazçıxarmanın texnoloji prosesləri üçün sistemli təhlil işlənilib. Azad Mirzəcanzadə dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarını yaradıb və tətbiq edib.


O, 1993-cü ildən Beynəlxalq Şərq neft Akademiyasının Prezidenti idi.


Akademikin Azərbaycanda və xarici ölkələrdə 300-dən çox elmi əsəri çap olunub.