Azərbaycanlı dama ustası Ginnesin «Dünya Rekordları Kitabı»na düşə bilər

Azərbaycanlı dama ustası Üzeyir Abdullayev Ginnesin «Dünya Rekordları Kitabı»na düşə bilər. O, dama üzrə sonuncu Azərbaycan Çempionatında qalib gəlməklə milli çempionatdakı qələbələrinin sayını 35-ə çatdırıb. İndiyəcən dünyada heç bir dama ustası öz ölkəsinin milli çempionatında bu qədər qələbə qazana bilməyib.