«Amerika səfirliyi müxalifətçi fəalların həbsindən narahatdır».

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson

«Amerika səfirliyi müxalifətçi fəalların həbsindən narahatdır».

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson «Azadlıq» radiosuna belə deyib.

O deyib ki, demokratik cəmiyyətin əlaməti sərbəst toplaşmaq və söz azadlığıdır:

«Ümid edirik ki, bütün azərbaycanlılar bu hüquqların tərəfdarıdır».

Mayın 9-da bir neçə müxalifətçi gənc polisə tabe olmama ittihamı ilə inzibati həbs cəzasına məruz qalıb. Onlar həbslərini «Gül bayramı»na etiraza hazırlaşmaları ilə əlaqələndiriblər.