Gürcüstan müxalifəti prezidentdən birbaşa danışıqlar tələb edir

Gürcüstan müxalifəti prezident Mixeil Saakaşviliylə birbaşa danışıqlar aparılmasını tələb edir.

Müxalifət dünən parlamentin sədri David Bakradzeylə görüşüb.

Bu aprelin 9-dan, müxalifətin ölkədə etiraz aksiyalarına başlamasından bu yana ilk formal görüşdür.

Gürcüstan müxalifəti prezident Mixeil Saakaşvilini demokratiyanı boğmaqda və ötən ilin yayında Rusiyayla müharibədə düzgün addım atmamaqda günahlandırır.