Əhmədinejat yenidən prezidentliyə namizədliyini verib

İranın prezidenti Mahmud Əhmədinejat ikinci dövr üçün prezident olmaq istıyir. Yerli media mayın 8-də onun öz namizədliyini qeydə aldırdığını yazır.

İyunun 12-də keçiriləcək prezident seçkilərində dörd güclü namizədin iştirak edəcəyi gözlənir.

Mayın 8-də İran İnqilab Qvardiyasının keçmiş rəhbəri Mohsen Rezainin də namizədliyi qeydə alınıb.

Keçmiş spiker, islahatçı Mehdi Karrobi və keçmiş baş nazir Mir Hüseyn Mousavinin də seçkidə namizədliyini verəcəyi gözlənir.