Metroya bomba qoyulması barədə yalan məlumat verən saxlanıb

Metronun “Gənclik” stansiyasına bomba qoyulması barədə polisə yalan məlumat verən 13 yaşlı məktəbli saxlanılıb. Bu barədə «APA» agantliyinə DİN-in mətbuat xidmətindən deyiblər.

Səhər saatlarında Daxili İşlər Nazirliyinin “102” xidmətinə “Gənclik” stansiyasına bomba qoyulması barədə anonim zəng daxil olub.

Anonim zəngin Bakı şəhəri Fətəli Xan Xoyski küçəsindəki binalardan birindən taksofondan edildiyi müəyyənləşib.

13 yaşlı məktəblinin - Çevik Polis Alay əməkdaşları tərəfindən saxlandığı, araşdırmalar aparıldığı bildirilir.