Roma Papasının müqəddəs torpaqlara səfəri başlayır

Roma Papası 16-cı Benediktin mayın 8-də Yaxın Şərqə səfəri başlayır. Səfər mayın 15-dək davam edəcək.

Roma papası İordaniya, İsrail və Fələstin ərazisində yerləşən xristian məbədlərini ziyarət edəcək. Eyni zamanda İordaniyada məscidə və İsraildə Holokost qurbanlarının xatirəsinə əbədiləşdirilmiş memorialı da ziyarət edəcək.

Roma-katolik kilsəsinin rəhbəri olandan bəri 16-cı Benedikt ilk dəfədir ki, müqəddəs torpaqlara ziyarətə gedir.