Sarkisyan Azərbaycan prezidentil ilə görüşü faydalı adlandırdı

Ermənistanın prezidenti Serj Sərkisyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, Azərbaycan prezidenti ilə görüşləri faydalı keçib.

Mayın 7-də Amerikanın Çexiyadakı səfirliyinin binasında keçən görüşdə Minsk qrupunun həmsədrləri də iştirak edirdilər.

Mayin 8-də Azərbaycan və Ermənistan prezidentlərinin Praqada keçirilən "Cənub qaz dəhlizi" sammitində iştirak edəcəkləri gözlənilir.