Yaşayış binasında partlayış olub

Hadisə baş verən evdə 15 yaşlı qız xəsarət alıb

Mayın 7-də səhər saatlarında Bakı şəhərinin 7-ci mikrorayon ərazisində yaşayış binalarının birində partlayış olub.

Partlayışa dəm qazının səbəb olduğu deyilir.

Hadisə baş verən evdə 15 yaşlı qız xəsarət alıb.

Partlayış baş verən bina Azərbaycan Beynəlxalq Universitetinin yaxınlığında yerləşir. Orada əsasən qaçqın və məcburi köçkünlər yaşayır.

Hadisə yerində olan «Azadlıq» radiosunun müxbiri xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və Təcili Tibbi Yardımın əməkdaşları gəliblər.

Son illərdə Bakıda bir neçə yaşayış binasında insan tələfatı ilə nəticələnən qaz partlayışı və dəm qazından boğulma halları qeydə alınıb. Bundan sonra Respublika Prokurorluğu «Azəriqaz»ı yoxlamalar aparmağa çağırıb.