İki istiqamətdə atəşkəs pozulub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 5-də axşam saat 5 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, axşam saat 7 radələrində isə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. İtki yoxdur.

Məlumatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yayıb.