Obama başsağlığı məktubunda Azərbaycana "dost və tərəfdaş" deyir

ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, B. Obama aprelin 30-da Dövlət Neft Akademiyasında Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə bağlı başsağlığı məktubunda yazır: “Hadisə ilə əlaqədar başsağlığımı qəbul etməyinizi xahiş edirəm. Azərbaycanın dostu və tərəfdaşı kimi hadisə qurbanlarına dualarımızı çatdırırıq və onların ailələrinin dərdinə şərik çıxırıq”.