Elmar Məmmədyarovun Birləşmiş Ştatlara səfəri başlayıb

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun Amerika Birləşmiş Ştatlarına səfəri başlayıb. Bu haqda «Azadlıq» radiosuna Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov məlumat verib:

«Bu gün axşam nazirin ABŞ-da rəsmi görüşləri başlayacaq. Nazir ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşəcək. Pentaqon və Milli Təhlükəsizlik Şurasının nümayəndələri ilə də görüşü gözlənilir».