Britaniya qoşunları İraqdan çıxarılmağa başlayır

Britaniya Ordusu İraqdakı əməliyyatlarını başa çatdırıb və ölkədən çıxmaq üçün hazırlığa başlayır. Aprelin 30-da İraqın cənubunda – Bəsrədə keçirilən təhvil –təslim mərasimində elan olunub ki, 6 ildir İraqda xidmət eləyən 4 minə yaxın Britaniya hərbi kontengenti may ayının sonundan ölkədən çıxarılacaq.
Iraqdakı əməliyyatlar zamanı Britaniya Ordusu 179 əsgər itirib.

Britaniya qoşunlarının yerini ABŞ əsgərləri tutacaq.