Bağdadda törədilmiş partlayışlarda 40-dan çox adam ölüb

Bağdadda törədilmiş iki partlayış nəticəsində 40-dan çox adam ölüb,70-dən artıq adamsa yaralanıb.

Şəhərin Sədr-Siti rayonundakı gur bazarda minalanmış iki maşın partladılıb.

Ötən həftə Bağdad və ölkənin şimalında yerləşən Diyala əyalətində törədilmiş terror aktları nəticəsində 150 adam ölmüşdü.