Birləşmiş Ştatlarda donuz qripindən 1 uşaq ölüb

Amerikanın Texas ştatında 23 aylıq bir uşaq donuz qripindən ölüb.

Məlumat xəstəliyə nəzarət üzrə mərkəzin rəhbəri Riçard Besser verib.

Birləşmiş Ştatlar bu virusun peyda olduğu 8 ölkədən biridir.

Misirin Səhiyyə Nazirliyi isə bu arada bəyan edib ki, qriplə mübarizə aparmaq üçün ölkədəki bütün donuzlar tələf ediləcək.

Virusun baş qaldırdığı Meksikada 7 adamın donuz qripindən öldüyü rəsmi təstiqlənib.

Ümumilikdə isə bu ölkədə uyğun simptomla ölənlərin sayı 159 –a ,
bu virusa yoluxanların sayı isə 2500 nəfərə çatıb.

Beynəlxalq Səhiyyə Təşkilatı bu virusun insandan insana keçməsini təstiqləyib.

Təşkilat virusu qaçılmaz hesab eləməsə də dünya ölkələrini xəstəliklə mübarizəyə hazır olmağa çağırıb.