Orta Asiya ölkələri su ehtiyatları sammitinə başlayırlar

Beş Orta Asiya ölkəsi aprelin 28-i bir araya gələrək dünyanın ən susuz ərazilərindın biri hesab olunan ərazidəki mübahisəni həll eləməyə çalışırlar. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan prezidentləri Almatıda görüşməyi planlaşdırırlar. Görüşdə həm də ABŞ-ın regiondan Əfqanıstana yük daşıması məsələsi də müzakirə ediləcək.

Orta Asiya Rusiya üçün ənənəvi təsir regionudur və burada su ehtiyatları danışıqlarında müəyyən rol almağa çalışıb. Lakin bu sammitə Rusiya dəvət olunmayıb