Bakının Sabunçu Rayon Prokurorluğundan bildirirlər ki, qəza nəticəsində 4 nəfər ölüb
Aprelin 27-si axşam saatlarında Bakının Bilgəh qəsəbəsində inşa olunan mehmanxana binasının sonuncu mərtəbəsi uçub. Hadisə nəticəsində ölənlər var.
Bakının Sabunçu Rayon Prokurorluğundan bildirirlər ki, qəza nəticəsində 4 nəfər ölüb.
Tikintini aparan «Azinko» şirkətinin özünü təqdim etməyən nümayəndəsi isə «Azadlıq» radiosunun müxbirinə bildirib ki, qəza nəticəsində yalnız bir fəhlə həlak olub.
(məqalə videonun altında davam edir)
Sizin brauzer HTML5-i dəstəkləmir
Qəza baş verən tikintidən görüntülər
Qəzaya səbəb isə beton tökmə işləri aparılan zaman taxta materialdan hazırlanmış qurğunun betonun ağırlığına tab gətirməyib sınması olub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu, tikintidə ölüm hadisəsi ilə nəticələnən birinci bədbəxt hadisə deyil.